Bilinməyən bir sehr var bu şəhərdə..
Gah hüznlü,gah sevincli..
Hüznləri sevinəndə,
sevincləri kədərlənən..
İnsanlar var bu şəhərdə..
Bu şəhərin gözləri var..
Görməz ağlayan gözləri..
Eşitməz qulaqları var..
Hıçqırsan odlu sözləri..
Nalə çək,fəryad qopar..
Bakı laldır..
Dindirməz səssiz dilləri..
Bu şəhərin bir yazı var..
Gəlişi asta,gedişi usta..
Bu şəhərin payızı var..
Leysanı asta,seli usta..
Payızı..
Necə anladım mən onu..
Necə bağırım hissləri..
Ağacdakı yarpaqlara..
Yaban qalmış insanlara..
Ayrı düşmüs insanlığa..
Özləmini..
Həsrətini..
Axı mən necə danışım..
Sözləri tıxanmış payız..
Bilməzlər ki,düşən yarpaq ona könül bağlamış..
Bilməzlər ki,gül ləçəklər ona həsrət yaşamış..
Bilməzlər ki,insan qəlbi tənhalıqla qovuşsa..
Elə onun bir küncündə yaşlanmış..
Ey payız,sözüm sənə..
Apar zəif insanları..
Uçur yox et beyinsiz qalmış quşları..
Apar yersiz qocalığı..
Yalvarıram apar məni..
Apar məni uzaqlara..
İldırımlar olan yerə..
Apar məni bu şəhərdən..
Apar..
Mənim olmadığım bir yerə..